Kambocada çirklənmiş sudan istifadə edən 8 nəfər ölüb.

Publika.az xəbər verir ki, hadisə ölkənin şərqində yerləşən Kratex əyalətində baş verib. Zəhərlənmə nəticəsində 8 nəfər ölüb, 100 nəfərə yaxın insan isə xəstəxanaya yerləşdirilib.

Əyalətinin müxtəlif kəndlərindən olan sakinlər zəhərlənmənin nə səbəbdən olduğunu bilmir.

Polis faktla bağlı araşdırma başladılıb. İlkin ehtimallara görə, zəhərlənməyə səbəb kəndə axan kanal suyunun tərkibinə pestisid kimyəvi maddəsinin tökülməsi olub.

Səbinə