Meyxanaçı Namiq Qaraçuxurlu 2-ci evliliyindən olan qızı Saradan danışıb. Lent.az-ın məlumatına görə, ifaçı "Xəzər maqazin"ə açıqlamasında bildirib ki, övladının 2 yaşını birgə qeyd edə bilməyib: “
“Dünən qızım Saranın artıq 2 yaşı oldu. Dayəsi onun üçün ad günü keçirib. Gecə 12-ni keçəndən sonra yanında ola bilmədim, səhər də durub efirə gəldim. Bütün gün çəkilişlərdə oluram. Ona görə ad günündə yanında ola bimədim. İnşallah gələcəkdə nə zamansa xoş günündə yanında olaram.
O vaxt qızım barədə danışdım, saytlar yazdı. Sonra düşündüm ki, doğrudan da da qızım barədə danışmamaqda düz edirəm. Bəd nəzərə inanıram. Özüm özümə də bu barədə danışmağı qadağa etmişəm”.
Qeyd edək ki, N.Qaraçuxurlunun ilk evliliyindən 2 oğlu var. Lakin ifaçı heç bir zaman bu barədə danışmayıb.



