1 saylı körpələr evi ətrafında yaranan qalmaqaldan sonra müsəssisənin baş həkimi Nəhayət Əliyeva vəzifəsindən kənarlaşdırılıb.

Publika.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova da baş həkimin işdən uzaqlaşdırılması xəbərini təsdiqləyib.

Qalmaqallı videogörüntüləri yayılan baş həkim işdən çıxarıldı

“Yayılan məlumatla bağlı araşdırma aparılır. Araşdıma aparıldığı müddətdə onun səlahiyyətlərini müvəqqəti olaraq müavini icra edir”.

Qeyd edək ki, bir qədər əvvəl müğənni Rəqsanənin qızı Aysun 1 saylı körpələr evindən oğurluq olması iddiası ilə çəkdiyi görüntüləri sosial şəbəkədə yaymışdı. Videoda körpələr evinin işçilərinin valideyin himayəsindən məhrum olan uşaqların qaldığı binanın girişindən böyük ağ torbalarla "Prado" markalı maşına daşındığı əks olunurdu.

Baş həkimin və Səhiyyə Nazirliyinin verdiyi ilkin məlumatda yayılan görüntülərin təhrif olunduğu bildirilmişdi.

Qalmaqallı videogörüntüləri yayılan baş həkim işdən çıxarıldı

Nazirlikdən 1 saylı körpələr evi ilə bağlı yayılan görüntülərə RƏSMİ CAVAB