"Liverpul" və İngiltərə millisinin müdafiəçisi Co Qomez mövsümü başa vurub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 20 yaşlı futbolçu topuğundan əməliyyat olunub.

Dəqiq bərpa müddəti açıqlanmasa da, onun dünya çempionatına qədər sağalmamaq təhlükəsi var. Qeyd olnuur ki, Qomez "Vest Bromviç" və "Stok Siti" ilə oyunlarda ağrı ilə meydana çıxıb.

Bu mövsüm gənc müdafiəçi 23 Premyer Liqa oyunu keçirib.

Milli.Az