İngiltərə Premyer Liqasını tərk edən daha bir klubun adı müəyyənləşib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu, "Vest Bromviç"dir.
Premyer Liqanın 31-ci turundan təxirə salınmış "Suonsi" - "Sauthempton" matçı "Vest Bromviç"in taleyini həll edib. Belə ki, qonaqların 1:0 qalib gəlməsi 19-cu pillədə qərarlaşan "Vest Bromviç"in Çempionşipə yuvarlanmasını rəsmiləşdirib. "Sauthempton" isə təhlükəli zonadan uzaqlaşaraq 16-cı pilləyə yüksəlib.
Qeyd edək ki, daha əvvəl "Stok Siti"nin Premyer Liqanı tərk etdiyi dəqiqləşmişdi.
Milli.Az