Tunc dövrünə aid insan sümüklərindən hepatit B xəstəliyinin izləri tapılıb.
Milli.Az Mirror-a istinadla xəbər verir ki, 4500 il əvvələ aid sümüklərdən tapılan hepatit B xəstəliyinin izləri bunun ən qədim insan virusu olduğunu sübut edir.
Virus Almaniyada saxlanılan 4800 yaşlı skeletdən tapılıb.
Görünür ki, hazırda ciyərləri tamamilə məhv edən virus 4500 ildən bundan əvvəl də insanları məhv edirmiş.
Hepatit B virusu qaraciyərdə iltihab və qaraciyər hüceyrələrinin məhviylə müşahidə edilən bir xəstəlikdir. Hepatit B virusu qaraciyərdə yaşayan, yalnız insanlarda xəstəlik törədən DNT tərkibli virusdur.
Hepatit B infeksiyası bütün dünyada olduqca çox yayılmışdır. Dünyada hər il 50 milyon adam Hepatit B-yə yoluxur. Dünya əhalisinin 2/5-si (2 milyard) bu virusa yoluxub. Hər il Hepatit B-yə bağlı səbəblərlə 1-2 milyon insan ölür və dünyada 350 milyon insan bu virusun daşıyıcısına çevrilir.
Bəxtiyar Umarlı
Milli.Az