Adətən çaytikanı yabanı halda bitən bir kol bitkisidir. Ondan farmokoloji məqsədlərlə qədim zamanlardan istafadə olunub. Çaytikanıya olan ehtiyac artıqdan sonra isə onun xüsusi qaydalarla yetişdirilməsinə başlanılıb. Müasir günümüzdə çaytikanından hazırlanmış müxtəlif preparatlardan, kosmetoloji vasitələrdən, dəmləmələrdən və yağlardan geniş istifadə edilir. Çaytikanının müalicəvi xüsusiyyətləri barədə qədim zamanlardan qalmış əlyazmalarda müxtəlif yazılara rast gəlinir. Onun faydalı və müalicəvi təsirləri haqqında Hippokratın əlyazmalarında qeydlərə rast gəlinir. Qədim Roma və Yunanıstanda çaytikanı giləmeyvəsindən müharibə zamanı əsgərlərin yaralarını sağaltmaq üçün istifadə edilir. Qədim dövrlərdə slavyan ölkələrində də çaytikanının yarasağaldıcı xüsusiyyətlərindən istifadə edilir. XVII əsrdə Sibirdə kazakların üsyanı zamanı çaytikanından gücün bərpa edilməsi, yaralanmaların və sağalmayan yaraların müalicəsi üçün çaytikanı meyvəsinin yağından istifadə edilib.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, çaytikanı yağı xüsusi qoxuya və narıncı-qırmızı rəngə malikdir. Bu yağın tərkibi karatinoidlər və A vitamini ilə zəngindir. Nadir hallarda çaytikanı yağınından isti yeməklərin hazırlanmasında istifadə edilir. Ondan bəzi salatların dadlandırılması üçün istifadə edilir.
100 qram çaytikanı yağının yağlılığı 99,5 qram, tərkibindəki suyun miqdarı 0,5 qram, kaloriliyi isə 896 kaloridir.
Çaytikanının bioloji dəyəri çox yüksəkdir. Onun tərkibində çoxlu miqdarda vitaminlər, makro və mikro elementlər, karotinoidlər, fitosterollar, amin turşuları və s. var. Çaytikanı yağının tərkibi biokimyəvi komponenetlərlə, çoxlu miqdarda müalicəvi maddələrlə, triterpenol, orqanik turşular, qətran maddəsi, fitonsidlər, pektin, kumarinlə zəngindir. Çaytikanı yağının müalicəvi olmasının əsas səbəbi onun tərkibində olan karotonoidlərin miqdarının çox olmasıdır. Onun tərkibində olan A vitamini orqanizmə iltihab əleyhinə və yara sağaldıcı təsir göstərir. Ondan istifadə etmək immunitetin artmasına, hormonların miqdarının normallaşmasına, görmənin yaxşılaşmasına, sonsuzluğun aradan qalxmasına səbəb olur. Onun tərkibində olan E vitamininin miqdarı buğda yağının tərkibində olan E vitamininin miqdarında 211 dəfə çoxdur.
Tərkibində olan K vitamininin miqdarı qanın laxtalanmasının qarşısını alır, böyrək fəaliyyətini yaxşılaşdırır və osteoparoz əlamətlərini azaldır. Tərkibindəkilərə görə çaytikanı yağı orqanizmə yarasağaldıcı, immin möhkəmləndirici, antibakterial, ödqovucu, iltihab və ağrı əleyhinə təsir göstərir. Ondan istifadə eləmək bağırsaqların fəaliyyətini normallşdırır, mədə-bağlırsaq sistemində olan yaraların sağalmasına səbəb olur, qaraciyərdə olan xəstəliklərin (toksiki hepatit, alkohol hepatiti, qaraciyərin piy distrofiyası və s.) sağalmasına səbəb olur. Buna görə də ezofagit, qastroduodenit, qastrit, mədə turşuluğunun çox olması, mədə və onikibarmaq yarası, yaralı kolit, öd daşı xəstəlikləri zamanı çaytikanı yağından geniş istifadə edilir.
Bu yağ orqanizmə bakteriasid təsir göstərərək iltihabi xəstəliklərin sağalmasını sürətləndirir, travmatik zədələnmələrin və yaraların sağalmasına səbəb olur. O arterial təzyiqi aşağı salır, göz sinirlərinin möhkəmlənməsinə səbəb olur və görməni yaxşılaşdırır. Tərkibində olan karotinoidlər gözün billur qişasında olan yorğunluğu aradab qaldırır. Bu səbəbdən də bəzi göz mazlarının və damcılarının tərkibinə çaytikanı əlavə edirlər. Karatart, qlaukoma, makuplodistrofiya, diabetik retinopatiyaların profilaktikası üçün çaytikanı yağı içmək lazımdır. Çaytikanı ürək və damar sisteminin fəaliyyətini, lipid mübadiləsini, qanda şəkərin və insultun miqdarını nəzarət altında saxlayır, daxili oprqanların işini yaxşılaşdırır.
Avitaminozlər, qan azlığı, həzm pozğunluqları və şüa müalicəsindən sonra çaytikanı yağından istifadə etməkdə fayda var.
Çaytikanı yağının tərkibində bioloji aktiv naddələrin çox olmasına görə ondan kosmetologiya sahəsində geniş istifadə edilir. Dəriyə, saçlara və dıqnaqlara qulluq etmək üçün çaytikanı yağı əlavə edilmiş kosmetik vasitələrdən geniş istifadə olunur.
Çaytikanı yağı dərinin elastikliyini artırır, onu möhkəmləndirir və qidalandlırlr. Saçların uzanması və tük dibi dərisinin xəstəlikləri zamanı çaytikanı yağından müxtəlif maskalar tətbiq edilir. Kosmetologiyada çaytikanı yağından aşağıdakı məqsədlərlə istifadə edilir:
* kremlərin hazırlanmasında
* ağrıkəsici mazların hazırlanmasında
* saçlar üçün maskaların hazırlanmasında
* dodaq balzamlarının hazırlanmasında
* aromaterapiya və massaj gellərinin hazırlanmasında.
Çaytikanı yağının zərərli xüsusiyyətləri
Qara ciyərin kəskin iltihabi xəstəlikləri zamanı çaytikanı yağından istifadə edərkən diqqətli olmaq lazımdır. İshal zamanı çaytikanı yağından istifadə eləmək məsləhət görülmür. Allergiya və qaşınmadan əziyyət çəkənlərə çaytikanı yağından istifadə edərkən həkimlə məsləhətləşmələri tövsiyə edilir
Milli.Az
Çaytikanı yağının faydaları
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
İlon Maskın “Odisseya”sı tənqidlərə tuş gəldi
milli.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Ağdam və Xocavəndə növbəti köç karvanları yola salındı
Bu gün
·
08:05
İlon Maskın “Odisseya”sı tənqidlərə tuş gəldi
Bu gün
·
07:16
Melaniya Tramp Ukraynaya yardım edəcək?
Bu gün
·
02:10
Süni intellektdən məsləhət aldı, həyatını itirdi
Bu gün
·
02:03
Güclü yağışlardan sonra ilan və timsahlar üzə çıxdı
Bu gün
·
01:08
Bu məktəbdə bir müəllim, bir şagird var
Bu gün
·
00:44
Prospektdə qəzaya görə yaranan məhdudiyyət aradan qaldırıldı
Bu gün
·
00:39
4 bürcün tezliklə həyatı dəyişəcək
Bu gün
·
00:30
“Müharibəyə hazırıq, amma istəmirik” - Putin
Bu gün
·
00:25
Bakının bu ərazilərində qaz olmayacaq
Bu gün
·
00:21
Leysan Məmmədov işdən çıxarıldı
Bu gün
·
00:15
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib - Foto
Bu gün
·
00:04
Bakı və Abşeronun bu hissəsində işıq kəsiləcək
Dünən
·
23:16
Hikmət Hacıyev "X" hesabında "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı filmini paylaşdı
Dünən
·
23:07
Ölən şagirdin həyatı ilə bağlı yeni faktlar - “O qadın anası deyildi”
Dünən
·
23:05