Bir müddət əvvəl boşandıqları iddia olunan Beren Saat və Kənan Doğulu yaxın dostalarından birinin doğum günü partisində görüntülənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, əl-ələ tutan cütlük ayrılmadıqlarını sübut ediblər.

Çıxışda jurnalistlərin suallarını cavablandırmayan Kənan və Berenin xoşbəxt olduğu da gözdən yayınmayıb.

Qeyd edək ki, bir neçə gün öncə alış-veriş mərkəzində paparazzilərə tuş gələn aktrisanın nişan üzüyünü taxmaması diqqətdən yayınmayıb. Bundan başqa, Berenin Kənanın bacısının ad gününə getməməsi də izləyicilərdə ayrılıqla bağlı şübhələrin yaranmasına səbəb olmuşdu.

Milli.Az