Xəzər televiziyasında yayımlanan "Obaşdannan" verilişində aparıcı Müşfiq Şahverdiyev müğənni qonağı Zemfira İbrahimovanın həyat yoldaşı, idmançı Anar Heydərova zəng edərək, ondan borc pul istəyib.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, müğənninin ərini sınamaq üçün ona zəng edən Müşfiq ağır cavab eşidib:

- Anar, mənəm Müşfiq, axşam iftar süfrəsi verəcəm, mənə 500-600 manat verə bilərsən?

Qarşı tərfin "Borc istəyirsən?" sualına aparıcının cavabı belə olub:

"Borc deyəndə ki, iftar süfrəsidir, elə-belə də verə bilərsən".

A.Heydərov onu pərt edib:

"Adə, yeri rədd ol, pulum var? Zalın qapısının ağzında dilənirəm ki, görüm bir nəfər kim içəri girəcək".

Milli.Az