ARB TV-nin “Səhər-Səhər” proqramının növbəti qonaqları
müğənnilər Üzeyir Mehdizadə, Çinarə Məlikzadə və aktyor Məcid
Hüseyinov olub.
Publika.az xəbər verir ki, aktyor Çinarə
Məlikzadəyə daha çox tanınmaq üçün bəzi məsləhətlər verib:
“Üzeyirə iş üçün xahiş etmək pis bir şey deyil. Mən bu sahədə
olsam, ondan xahiş edərəm ki, qardaş mənə bir söz-musiqi yaz.
İnanıram ki, tək mən yox, kim desə, sözünü yerə salmaz”.
Çinarə Məlikzadə isə aktyorun bu məsləhətini cavabsız qoymayıb:
“Artıq xahiş etmişəm”.