Badyan həmişəyaşıl tropik İllicium verum ağacının məhsuludur.
Badyan ağacının çiçəkləri açıq sarı və yaşıl tonda olub kiçik toxumlara dönür. Badyanın toxumları 7,8,9, və ya 12 toxumun bir çətirdə birləşməsində yetişir. Toxumlar uzunsov, kiçik, dişciyə bənzər yuvalarda olur. Badyanın vətəni Cənub-Şərqi Çin və Yaponiya hesab edilir. Onu bir çox tropik ölkələrdə (Koreya, Vyetnam, Kamboca, Hindistan, Flippin və Yamayka) də yetişdirirlər.
Badyan tünd şirin, kəskin dad və xüsusi ətrə malikdir. Ondan kulinariyada, parfümeriyada və xalq təbabətində geniş istifadə edilir. 100 qram badyanın tərkibində 337 kKalori var. Onun tərkibi zülallar və karbohidratlarla zəngindir. Ondan çox istifadə eləmək çəkinin artmasına səbəb olur.
Badyanın faydalı xüsusiyyətləri
Milli.Az immunitet.az-a istinadən bildirir ki, badyanın 5-7%-ni ətirli efir yağları təşkil edir ki, onların tərkibi atenoldan ibarətdir. Orqanizm üçün badyanın həm toxumları, həm yağı, həm də yarpaqlarından istifadə edilir. Badyan orqanizmə iltihab əleyhinə, spazmolitik, meteorizm əleyhinə təsir göstərir. Badyan mədənin fəaliyyətini yaxşılaşdırır. Onu azyaşlı uşaqlara vermək bağırsqlardan qazın xaric olunmasının sürətlənməsinə səbəb olur. Badyan öskürəyi sağaldır, səsin açılmasına səbəb olur. Badyan bəlğəmgətirici təsirə malikdir. O azyaşı uşaqlarda da öskürəyin sağalmasına səbəb olur. Bəzi ölkələrdə uşaqlar üçün badyan tərkibli öskürəkkəsici dərmanlar hazırlanır. Müalicə məqsədilə badyanın dəmləməsindən və çayından istifadə edilir. Onu revmatizm ağrıları və öskürək zamanı qəbul etmək lazımdır. Badyan çayı uşaqəmizdirən analar üçün çox faydalıdır. O döşlərə südün gəlməsinə səbəb olur. O həzmi sürətləndirir, ishalı kəsir.
Badyan çayını ürək döyüntülərinin azaldığı zaman qəbul eləmək lazımdır. Xalq təbabətində badyandan soyuqlama və ya qurd əleyhinə istifadə edilir. Badyan dəmləməsini çay şəklində içərkən ona bal əlavə etmək xəstəliklərin əlamətlərini azaldır.
Kulinariya sənayesində badyanı xəmirlərə dadlandırıcı məqsədlə qatırlar. Bu məqsədlə bir miqdar badyan toxumunu az miqdar qaynar suda 5-10 dəqiqə qaynadıb soyuduqdan sonra xəmirə əlavə eləmək lazımdır. Badyan toxumlarını albalı mürəbbəsinə qatdıqda mürəbbənin dadı daha gözəl olur. Bu zaman badyan mürəbbənin 2-3 il təzə qalmasına səbəb olur. Bir çox ölkələrdə badyanı qızardılmış ətlərə, toyuq və balıq yeməklərinə əlavə edirlər. Bu yeməkləri daha dadlı və ətirli edir. Badyan qara istiot, razyana, sarımsaq, darçın, mixək və zəncəfillə qarışdırıla bilir. Bu zaman isə daha dadlı bir ədviyyat qarışımı alınır.
Badyanın zərərli xüsusiyyətləri
Badyandan duzsuz dieta saxlayan zaman istifadə eləmək olmaz.
Bəzi hallarda badyan allergik reaksiyaların baş verməsinə səbəb olur. Allergiyası olan adamlar üzlərinə badyan yağı sürtdükləri zaman dəri yanıqları əmələ gələ bilir.
Milli.Az
Badyanın faydaları
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
3 bürcün həyatında müsbət mərhələ başlayacaq
milli.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Abşeronda partlayış oldu - Yaralananlar var
Bu gün
·
09:27
Premyer Liqada bu gün 2 oyun keçiriləcək
Bu gün
·
09:21
Dollar, avro və rublun bugünkü məzənnəsi
Bu gün
·
09:12
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı
Bu gün
·
09:11
Elmir Nuriyev Azərbaycana gətirildi
Bu gün
·
08:29
Bakının bu yollarında tıxac var - SİYAHI
Bu gün
·
08:25
Maqnit qasırğası olacaq - Bu tarixdə
Bu gün
·
07:37
Kətan toxumunun az bilinən faydaları - Cəmi 2 qaşıq
Bu gün
·
04:05
ABŞ və NATO Ukraynanın təhlükəsizlik təminatlarını müzakirə ediblər
Bu gün
·
02:28
3 bürcün həyatında müsbət mərhələ başlayacaq
Bu gün
·
01:33
İş adamı toyda qəfil vəfat etdi - FOTO
Bu gün
·
00:34
Günəşdə son bir ayın ən güclü alışması baş verdi
Bu gün
·
00:23
40 milyon avronu iki dəqiqəyə oğurladılar
Dünən
·
23:53
Hava Limanı yolunda sürət həddi endirildi
Dünən
·
23:45
3 il qapı tutacağı sandığı daş qızıl çıxdı
Dünən
·
23:40