Kamboca şahzadəsi Norodom Ranarit və onun həyat yoldaşı Ouk Phalla bazar günü ölkənin cənub-qərb hissəsində yol qəzasına düşərək xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Yerli polisin məlumatına görə, ər və arvadın avtomobili qarşıdan gələn maşınla toqquşub. Şahzadə və həyat yoldaşı xəstəxanaya yerləşdirilib. Norodom Ranarit ayaq və başından yüngül, həyat yoldaşı isə ciddi xəsarət alıb.

Milli.Az