Rusiyadakı futbol üzrə dünya çempionatında D qrupunun II turuna start verilib.
Publika.az xəbər verir ki, qrupda bu turun ilk oyununda Argentina və Xorvatiya yığmaları üz-üzə gəlib.
Nijni Novqoroddakı eyniadlı stadionda keçirilmiş görüş Xorvatiyanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra xallarını 6-ya çatdıran Xorvatiya yığması vaxtından əvvəl 1/8 finala vəsiqəni təmin edib. 1 xalı olan Argentina ehtiyatda 1 oyunu olan İslandiya ilə birgə 2-3-cü yerləri bölüşür. Xalsız Nigeriya isə sonuncudur. İslandiya iyulun 22-də Nigeriyaya qalib gəlsə, Argentinanın mərhələ adlaması çətinləşəcək.
Qeyd edək ki, hələlik Rusiya, Uruqvay və Fransa da 1/8 finala yüksəlib. Misir, Səudiyyə Ərəbistanı, Əlcəzair və Peru isə qrupda qalıb.
DÇ-2018
21 iyun
II tur
D qrupu
22:00. Argentina - Xorvatiya - 0:3
Qollar: Ante Rebiç, 53. Luka Modriç, 80. İvan Rakitiç, 90+1
Hakimlər: Ravşan İrmatov, Abduhəmidullo Rəsulov, Jahongir Saidov (hamısı Özbəkistan), Norbert Hauata (Taiti), Bertrand Brial (Yeni Kaledoniya)
Nijni Novqorod, "Nijni Novqorod" stadionu
***
Rusiyada keçirilən futbol üzrə dünya çempionatının C qrupunda ikinci turun oyunlarına yekun vurulub.
Publika.az xəbər verir ki, Fransa millisi Peru ilə üz-üzə gəlib.
"Yekaterinburq Arena"da keçirilən qarşılaşma fransızların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 34-cü dəqiqədə Kilian Mbappe vurub.
Bu nəticədən sonra xallarının sayını 6-ya çatdıran Fransa 1/8 final mərhələsinə vəsiqəni təmin edib. 2 oyuna xal toplaya bilməyən Peru yığması isə qrupda qalıb.
DÇ-2018
21 iyun
II tur
C qrupu
19:00. Fransa - Peru 1:0
Qol: Kilian Mbappe, 34
Hakimlər: Məhəmməd Abdulla Məhəmməd, Məhəmməd əl-Həmmədi, Həsən əl-Məhri (BƏƏ), Canni Sikazu (Zambiya), Jerson Dos Santos (Anqola)
Yekaterinburq, "Yekaterinburq Arena"
Qeyd edək ki, daha əvvəl Rusiya və Uruqvay komandaları da növbəti mərhələyə vəsiqə qazanıblar.
***
Dünya Çempionatının C qrupunda mübarizə aparan Fransa və Peru II tur çərçivəsində bu gün qarşılaşacaqlar.
Publika.az komandaların start heyətini təqdim edir:
Fransa: 1. Uqo Loris (k), 2. Benjamin Pavar, 4. Rafael Varan, 5. Samuel Umtiti, 6. Pol Poqba, 7. Antuan Qrizmann, 9. Olivye Jiru, 10. Kilian Mbappe, 13. Nqolo Kante, 14. Blez Matuidi, 21. Lyuk Ernandes
Ehtiyat oyunçular: 16. Stiv Mandanda, 23. Alfons Areola, 3. Prenel Kimpembe, 8. Toma Lemar, 11. Usman Dembele, 12. Korentin Tolisso, 15. Stiven Nzonzi, 17. Adil Rami, 18. Nabil Fekir, 19. Cibril Sidibe, 20. Florian Toven, 22. Benjamin Mendi
Peru: 1. Pedro Qallese, 2. Alberto Rodriges, 6. Migel Trauko, 8. Kristina Kuevas, 9. Paolo Gerrero, 15. Kristian Ramos, 17. Luis Advinkula, 18. Andre Karrilyo, 19. Yoşimar Yotun, 20. Edison Flores, 23. Pedro Aqino
Ehtiyat oyunçular: 12. Karlos Kaseda, 21. Xose Karvalyo, 3. Aldo Korso, 4. Anderson Santamariya, 5. Migel Araujo, 7. Paolo Urtado, 10. Cefferson Farfan, 11. Raul Ruidias, 13. Renato Tapiya, 14. Endi Polo, 16. Kartagena Vilder, 22. Nilson Loyola
Baş hakim: Məhəmməd Abdulla Hassan (Birləşmiş Ərəb Əmirlikləri)
Oyuna "İdman Azərbaycan" və "İctimai Televiziya" kanalları vasitəsilə canlı baxmaq mümkündür.
II tur
C qrupu
21 iyun, 19:00
Fransa - Peru
Yekaterinburq, Mərkəzi stadion
***
Dünya Çempionatının II turu çərçivəsində keçirilən Danimarka-Avstraliya matçı bərabərliklə başa çatdı.
Danimarka 1:1 Avstraliya
***
Danimarka - Avstraliya matçında ikinci hissə başladı.
***
Birinci hissə başa çatdı.
Komandalar fasiləyə 1:1 hesabı ilə yollandı.
***
Avstraliya komandasının kapitanı oyunda tarazlığı penalti ilə təmin etdi.
Qolu 38-ci dəqiqədə Mayl Yedinak rəqibin qapısından keçirdi.
Danimarka (7') 1:1Avstraliya (38')
***
Danimarka - Avstraliya oyununda hesab açıldı.
Danimarkanın futbolçusu Kristian Eriksen 7-ci dəqiqədə rəqibin qapısına yol tapdı - 1:0.
***
Danimarka - Avstraliya matçına buradan baxa bilərsiniz.
***
Bir neçə dəqiqə sonra start götürəcək Danimarka -
Avstraliya oyunu üçün start heyətlər açıqlanıb.
Publika.az xəbər verir ki, komandalar meydana
aşağıdakı 11-liklərlə çıxacaqlar:
Danimarka: Piter Şmeyhel, Simon Kyayer (k),
Andreas Kristensen, Tomas Dileyni, Nikolai Yorgensen, Kristian
Eriksen, Henrik Dalsqord, Yens Larsen, Lasse Şyöne, Yussuf Poulsen,
Pione Sisto
Avstraliya: Mettyu Rayan, Mark Milliqan, Mettyu
Leki, Robbi Kruz, Endryu Nabbut, Aaron Muy, Mile Yedinak (k), Aziz
Behiç, Coş Risdon, Trent Seynsböri, Tom Roqiç
Qeyd edək ki, Danimarka - Avstraliya matçı Bakı vaxtı ilə 16:00-da
başlayacaq. Oyuna "İdman Azərbaycan" kanalından canlı baxmaq mümkün
olacaq.
***
Dünya çempionatının qrup mərhələsində bu gün növbəti oyunlar keçiriləcək.
Publika.az xəbər verir ki, C qrupunda II tura yekun vurulacaq. D qrupunda isə bir görüş baş tutacaq.
İlk turda Peru üzərində minimal hesablı qələbə qazanan Danimarka bu dəfə mundiala məğlubiyyətlə başlayan Avstraliya ilə üz-üzə gələcək.
Birinci qarşılaşmasında çətin qələbə qazanan Fransa Perunu sınağa çəkəcək. Fransa və Danimarka növbəti qələbəni əldə edəcəkləri təqdirdə, 1/8 final mərhələsinə vəsiqəni rəsmiləşdirəcəklər.
Dünya çempionatına gözlənilmədən xal itkisi ilə başlayan Argentina prinsipial görüşə çıxacaq. Lionel Messinin komandası qrupun favoritlərindən sayılan və birinci matçda 3 xal qazanan Xorvatiya ilə üz-üzə gələcək. Cənubi amerikalılar şansı möcüzəyə saxlamamaq üçün mütləq qələbə qazanmalıdır.
DÇ-2018. 2-ci tur
21 iyun
C qrupu
16:00. Danimarka Avstraliya
Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)
Samara, "Kosmos Arena"
19:00. Fransa – Peru
Baş hakim: Mohammed Abdulla Hassan (Birləşmiş Ərəb Əmirlikləri)
Yekaterinburq, Mərkəzi stadion
Turnir cədvəli
|
1. |
Fransa |
1 |
1 |
0 |
0 |
2-1 |
3 |
|
2. |
Danimarka |
1 |
1 |
0 |
0 |
1-0 |
3 |
|
3. |
Avstraliya |
1 |
0 |
0 |
1 |
1-2 |
0 |
|
4. |
Peru |
1 |
0 |
0 |
1 |
0-1 |
0 |
D qrupu
22:00. Argentina – Xorvatiya 0:3
Qol: Rebiç, 53. Modriç, 80. Rakitiç, 90+2.
Baş hakim: Ravşan İrmatov (Özbəkistan)
Nijni Novqorod. Şəhər stadionu
Turnir cədvəli
|
1. |
Xorvatiya |
1 |
1 |
0 |
0 |
2-0 |
3 |
|
2. |
Argentina |
1 |
0 |
1 |
0 |
1-1 |
1 |
|
3. |
İslandiya |
1 |
0 |
1 |
0 |
1-1 |
1 |
|
4. |
Nigeriya |
1 |
0 |
0 |
1 |
0-2 |
0 |
Zümrüd