Kambocanın Kralı Norodom Sihamoni Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.
Publika.az-ın xəbərinə görə, məktubda deyilir:
"Cənab Prezident.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə və ölkənizin vətəndaşlarına səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına tərəqqi və rifah arzulayır, gələcəkdə ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənəcəyinə əminliyimi ifadə edirəm".