Bakıda ilk dəfə açıq hava altında barbekyu-parti keçirilib. Qonaqların qarşısında hazırlanmış təzə ət, limitsiz çaxır və soyuq pivə qonaqları gecənin sonunadək müşaiyət edib.
Publika.az xəbər verir ki, “CinemaPlus Amburan”da təşkil olunan gecənin qonaqları azərbaycanlı ulduzlar, sahibkarlar, iri təşkilat rəhbərləri, aktyorlar, ifaçılar, aparıcılar, rejissorlar, produserlər, blogerlər, KİV və bomond nümayəndləri olub.
Kinoteatrda həmçinin musiqi müşaiyəti ilə bayram atmosferi təşkil edilib. DJ bütün gecəni dinamik musiqi ilə insanları əyləndirib.
Tədbir 2018-ci ildə “Cinemazadeh” studiyasında peşəkar azərbaycan dilində dublyaj olunmuş dramatik ispan filmi - “Eskobar”ın nümayişi ilə başa çatıb.
Filmi dublyajını Aqil M. Quliyev, Oksana Rəsulova, Tural Əsədov, Elşən Rüstəmov, Kazım Abdullayev, Vüsal Murtuzəliyev, Səid Nizami, Rövşən Məmmədli, Xətai Əli, Vüsal Hacıqədir, Hüsniyyə Mürvətova, Raksana Vəliyeva, Vüsal Xalıqoğlu, Nəzakət Şahbazi, Zemfira Abdulsəmədova, Müşfiq Mirzəzadə, Vüqar Hüseynov və Kamran Ağabalayev həyata keçirib.
Dublyajın baş redaktoru Xətai Əli, rejissor Rövşən Məmmədli, səs rejissoru Orxan Ağalarov və Natiq Şirəliyev, səs operatoru Vüsal Abdulhəsənov, tərcüməçi Afaq Vasifqızı, post-prodakşn supervayzer Vüqar İslamzadə, baş produser Cəfər Axundzadə olub.
Filmin rejissoru və ssenariçisi Fernando Leon de Aranoadır. Film kolumbiyalı narkobaron Eskobar haqqında bəhs edib. Baş rollarda Xavyer Bardem, Penelopa Kruz, Piter Sarsqaarddır.