DÇ-2018 davam edir. Apasport.az saytının məlumatına görə, bu gün daha bir qrupda mübarizəyə yekun vurulub. D qrupunda Xorvatiya ikinci heyətlə oynadığı İslandiyanı məğlub edərək, qrupu 9 xalla başa vurub. Argentina Nigeriyaya son dəqiqələrdə vurulan qolla qalib gələrək, 1/8 finala vəsiqə qazanıb.

DÇ-2018

III tur

26 iyun

D qrupu

Nigeriya - Argentina - 1:2

Qollar: Viktor Mozes, 50 (pen.) - Lionel Messi, 14; Markos Roxo, 87

Sarı vərəqələr: Leon Baloqun, 32; Con Obi Mikel, 90+1 - Xavyer Maskerano, 49; Ever Baneqa, 64

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Sankt Peterburq, "Sankt-Peterburq" stadionu

İslandiya - Xorvatiya - 1:2

Qollar: Qilfi Siqurdsson, 76 (pen.) - Milan Badeli, 53; İvan Perişiç, 90

Sarı vərəqələr: Emil Hallfredsson, 59; Alfred Finnboqason, 64; Birkir Sevarsson, 84 - Marko Pyaça, 14; Tin Yedvay, 83

Baş hakim: Antonio Matyö Lahoz (İspaniya)

Rostov-Don, "Rostov Arena"