Xorvatiya yığmasının sabiq futbolçusu və məşqçisi İqor Ştimats DÇ-2018-in finalı barədə danışıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Ştimats Xorvatiyanın finaldakı rəqibi Fransanın bostanına daş atıb. O, Fransa yığmasının etnik tərkibini xatırlayaraq, ironik sual verib:

"Kimsə bilir, biz finalda kiminlə oynayırıq? Kimpembe-Konqo, Dembele-Mavritaniya, Sidibe-Mali, Umtitit-Kamerun, Poqba-Qvineya, Tolisso-Toqo, Matyuidi-Anqola, Kante-Mali, N'Zonzi -Konqo, Mbappe-Kamerun, Mendi-Seneqal, Mandanda-Konqo, Fekir-Əlcəzair".

Ştimats DÇ-1998-də Xorvatiya yığmasının heyətində bürünc medal qazanıb. Fransa-Xorvatiya qarşılaşması iyulun 15-də Moskvada keçiriləcək.

Milli.Az