İspaniya çempionatının I divizonunda çıxış edən "Alkorkon" klubu Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilovla yollarını ayıracaq.
Milli.az report.az-a" istinadən xəbər verir ki, komandanın yeni baş məşqçisi Kristobal Parralo 26 yaşlı hücumameyilli yarımmüdafiəçinin xidmətində maraqlı deyil. Onunla yanaşı hücumçu Asdrubal Padron da komandadan göndəriləcək.
Hər iki futbolçunun klubla 2020-ci ilə qədər müqaviləsi olsa da, onlarla sözləşmələrinə xitam verilmək üçün danışıq aparılacaq.
Qeyd edək ki, İsrafilov bu ilin yanvarında "Ximnastik"də "Alkorkon"a keçib. O, daha əvvəl İspaniyanın digər təmsilçiləri - "Kadis", "Mursiya", "Qranada", "Eybar" və "Kordoba"nın formasını geyinib. Atası anqolalı, anası azərbaycanlı olan forvard 2015-ci ildən dəvət aldığı Azərbaycan millisində 8 oyuna çıxıb. Eddinin hazırlıq səviyyəsi yaxşı olmadığına görə yığmanın son oyunlarına çağırılmayıb.
Milli.Az