Sarkisyan təcili iclas çağırdı

Sarkisyan təcili iclas çağırdı
17:51 12 Yanvar 2015
183 Digər
Ölkə mətbuatı
A- A+

Gümrü baş verən cinayətlə əlaqədar Ermənistan prezidenti Serj Sarkisyan hüquq-mühafizə orqanlarının rəhbərləriylə təcili müşavirə keçirib.

ANS PRESS-in məlumatına görə, bu haqda Ermənistan prezidentinin mətbuat xidməti xəbər verib.

Müşavirənin gedişatında hadisənin detallarının müəyyənləşdirilməsi və günahkarların tapılaraq cinayət məsuliyyətinə cəlb olunması tapşırılıb.

"Ermənistanda yerləşdirilən Rusiya hərbi bazasının komandanlığı hüquq-mühafizə orqanlarıyla əməkdaşlıq edir və işin araşdırılmasında aktiv dəstəyi göstərir. İndi bu barbarlığı etmiş cinayətkarın tutulması üzrə bütün lazımı hərəkətlər yerinə yetirilir. Bütün bu hərəkətlər Ermənistan Respublikasının prezidentinin bilavasitə nəzarəti altındadır. Prezident həlak olmuşların ailələrinə və əzizlərlərinə dərin başsağlığını ifadə edir", - deyə, Ermənistan prezidentinin mətbuat xidməti tərəfindən yayılmış xəbərdə deyilir.

Qeyd edək ki, bu gün səhər Ermənistanın Gümrü şəhərində qtl hadisəsi baş verib.
Bir ailənin altı üzvü güllələnib. Erməni mətbuatının yaydığı məlumatda, hadisənin Myasnikyan küçəsindəki evdə baş verdiyi deyilir. Güllə yarası alanlardan beşi hadisə yerində keçinib.
Ölənlərdən birinin azyaşlı olduğu bildirilir.
Ailənin güllələnməsində rus əsgər şübhəli bilinir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=319219

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR