"Çelsi" "Everton"un və İngiltərə milisinin qapıçısı Cordan Pikordu heyətinə gətirmək istəyir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 24 yaşlı Pikford "zadəganlar"dan ayrılması gözlənilən Tibo Kurtuanı əvəzləyə bilər.

London klubu Kasper Şmeyxel ("Lester") və Cek Butlandı ("Stok Siti") də diqqətdə saxlayır. "Everton" isə transferinə 30 milyon xərclədiyi Pikfordu heyətdə saxlamağa cəhd edir.

Milli.Az