30 Avqust 2017 15:45
Daha öncə dövlətin sizin hər anınızı izlədiyindən narahatlıq keçirmisinizmi?
Metbuat.az dövlətin sizi izləmək üçün istifadə etdiyi 5 üsulu təqdim edir:
-Vebkamera
Vebkamera bir yanlış tıklama ilə tabletinizi bir anda qarşı tərəfə canlı yayıma ötürə bilən bir vasitəyə çevrilib. Şəxsi həyatın incəliklərini aşkara çıxaran bu tipli hadisələr isə sosial şəbəkə əxlaqsızlarının ağzını sulandırır.
Təsadüfi deyil ki, ABŞ-ın keçmiş FTB rəhbəri Ceyms Korni və “Facebook” yaradıcısı Mark Zukenberq vebkameralarını bantla bağlayıb.
-Telefon danışıqları
Xüsusilə Hollivud filmlərində qəhrəmanların telefon köşkünə daxil olaraq danışıq apardığını izləyirik.
Dinlənməniz haqqınızda ciddi şübhələrin olduğundan xəbər verir. Əmin olun ki, telefonunuz dinlənməsə belə, bütün telefon danışıqlarınız qeydə alınaraq saxlanılır. Bu isə o deməkdir ki, istənilən an sizin kimlə, nə zaman, nə məqsədlə, nə qədər danışdığınız asanlıqla ortaya çıxarıla bilər.
-Güvənlik kameraları
2015-ci ilin statistikasına əsasən, dünya ölkələri güvənlik kameralarına təxminən 3 milyard dollar xərcləyib. Məsələn, Asiya ölkələri dünya üzrə mövcud güvənlik kameralarının 42%-nə sahibdir. 6 milyon kamera ilə Böyük Britaniya siyahıda liderlik edir.
600 min kamera vasitəsilə Çinin paytaxtı Pekinin istənilən nöqtəsi izlənilir.
ABŞ-da isə yüksək texnologiyaya malik gecə lampaları sayəsində insanlar izləndiklərinin belə fərqində olmur.
-Nömrə oxuyucusu
Avtomobil yolları, körpü girişləri çox sayda kamera ilə təchiz olunub. Həmin kameralar avtomobilin nömrəsini oxuyaraq nə zaman harada olduğunuzu yaddaşa həkk edir. Yəni, qaça bilərsiniz, gizlənməyi isə əsla ağlınızdan belə keçirməyin.
-Ağıllı telefon
Telefonunuzda hər hansı funksiyanı aktiv edərkən sizdən tələb edilən kodlara nə dərəcədə əhəmiyyət verirsiniz?
Xüsusilə “Apple” istifadəçiləri
-Ayarlar
-Gizlilik
-Xidmətlər
-Sistem xidmətləri
-Daha çox istifadə olunan xidmətlər və Arxiv-i tıklamaqla getdiyiniz yerlərə dair bütün məlumatların saxlanmasından xəbəriniz varmı?
Bütün ağıllı telefonlar həmin məlumatları özündə saxlayır. Xidməti deaktiv etsəniz belə, telefonunuzla çəkdiyiniz fotolar vasitəsilə onların harada çəkildiyini asanlıqla təyin etmək mümkündür.
Ərdoğana qarşı yeni siyasi hücumlar olacaq? - CANGÜDƏNLƏR məsələsi...-Oxumaq üçün tıkla |
Aytən Novruzova / Metbuat.az