METBUAT.AZ

Siyasət

Azərbaycanı xaricdə təmsil edən bu qadınlarımızdır

20 Sentyabr 2017 14:29

Azərbaycan qadınları hər sahədə olduğu kimi diplomatiya sahəsində də ölkəmizi layiqli təmsil edir.

Tarixdən tanıdığımız ilk Azərbaycanın diplomat qadını Sara Xatundur. O, nəinki Azərbaycanın, Şərqin də ilk qadın diplomatı sayılır.

Metbuat.az-da bu dəfə sizə Azərbaycan Respublikasının xaricdəki diplomatik korpuslarında çalışan qadınları tanıdacağıq.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Metbuat.az-a açıqlamasında bildirib ki, hazırda Xarici İşlər Nazirliyinin mərkəzi aparatının kollektivinin 52 faizini qadınlar təşkil edir: “Bu da çox yüksək göstəricidir. Cəmiyyətimizdə və dövlətimizdə gender bərabərliyinə və qadınların daha fəal rol oynamasına göstərilən diqqətin nümunəsidir. Qadın diplomatlarımızın ölkələr üzrə sayı çoxdur, amma səfir kimi hazırda iki ölkədə qadın səfirimiz Azərbaycanı xaricdə təmsil edir. Onu da fəxrlə qeyd edə bilərik ki, diplomat qadınlarımız dünyanın ən ucqar regionlarında, Latın Amerikasında, Afrika və başqa qitələrdə ölkəmizin maraqları naminə digər diplomatlarımızla birgə ləyaqətlə çalışırlar”.

Beləliklə, Azərbaycanı xaricdə təmsil edən xanım diplomatlarımızın siyahısını təqdim edirik. Əvvəlcə onu qeyd edək ki, hazırda Azərbaycanı xaricdə təmsil edən 2 qadın səfir var:

Azərbaycanın Bolqarıstandakı səfiri – Nərgiz Akif qızı Qurbanovadır. Nərgiz Qurbanova prezident İlham Əliyevin 12 yanvar 2016-cı il Sərəncamı ilə Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Vüsalə Sadıqova ikinci katib, Zülfiyyə Əlizadə isə Attaşedir.

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri - Xanım Məmməd qızı İbrahimovadır. Xanım İbrahimova prezident İlham Əliyevin 13 sentyabr 2017-ci il Sərəncamı ilə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Azərbaycanın ABŞ-dakı Səfirliyində 4 xanım diplomatımız fəaliyyət göstərir – Samirə Səfərova, İnci Sadıqova və Nigar Mehdiyeva siyasi katib, Fidan Muradzadə isə konsulluq katibidir.

Nyu-Yorkda yerləşən BMT Yanında Daimi Nümayəndəlikdə 2 xanım diplomatımız çalışır – Hüsniyyə Məmmədova Məsləhətçi və Günay Rəhimova 2-ci katib.

Azərbaycanın Almaniyadakı Səfirliyində Aynurə Şükürova Katiblik və kargüzarlıq məsələləri üzrə 1-ci katibdir. Hərbi Attaşelik Aparatında isə Aysel Xalıqova referentdir.

Argentina Respublikasındakı Səfirliyimizdə Lalə Səfərova 1-ci katibdir.

Azərbaycanın Avstriya səfirliyində Adilə Əliyeva və İradə Məlikova Attaşe, Nərmin Ahangari isə 3-cü katibdir.

Azərbaycanın Belarusdakı Səfirliyində 1 qadın diplomat çalışır - Nigar Üzeyr qızı Çəndirli konsuldur.

Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda Səfirliyi Avropa İttifaqı yanında Nümayəndəliyində Ülkər Əlibəyli və Nərgiz Tağızadə Birinci katib, Şəbnəm Kərimova ikinci katib, Elnarə Nəsirova üçüncü katib, Aliyə Ağazadə Müşavir, Püstəxanım Ağazadə isə Attaşedir.

Brüsseldə yerləşən NATO Yanında Nümayəndəlikdə Vüsalə Mehdiyeva birinci, Şəha Abbəkirova üçüncü katibdir. Elmira Orucova isə səfir köməkçisidir.

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyində Leyla Süleymanova səfir müavinidir. Dubayda yerləşən Baş Konsulluqda isə Sevinc İsmayılova məsləhətçidir.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyimizdə çalışan Mənzər Əliyeva üçüncü katibdir.

Azərbaycanın Estoniya Respublikasında Səfirliyində Aybəniz Bayramova məsləhətçidir.

Azərbaycanın Fransa Respublikasında Səfirliyində 3 qadın diplomat çalışır – Nigar Hüseynova məsləhətçi, Günay Axundova üçüncü katib, Mahirə Mustafayeva isə Attaşedir.

Parisdə yerləşən YUNESKO Yanında Daimi Nümayəndəlikdə Nərminə Rəsulova Attaşe, Rəbiyyə Mirzəyeva isə katibdir.

Azərbaycanın Hindistan Respublikasındakı Səfirliyində Günel Hacıyeva üçüncü katibdir.

Azərbaycanın Xorvatiyadakı Səfirliyində Anna İvanova Attaşe, Yelena Blazik isə katibdir.

Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyində Günəş Rüstəmzadə Müşavirdir.

Cenevrə şəhərində BMT Bölməsi və digər Beynəlxalq Təşkilatlar Yanında Daimi Nümayəndəlikdə Kəmalə Hüseynli-Abışova və Aydan Muradova üçüncü katibdir. Ofelya Əkbərova isə katibdir.

Marqarita Kosta Genuyadakı fəxri konsuldur.

Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyində Mehriban Səmədova birinci katibdir.

Azərbaycanın Qırğızıstandakı Səfirliyində Mahirə Sabir qızı Əsədova birinci katibdir.

Azərbaycanın Malayziyadakı Səfirliyində Sevda Fərəcova məsləhətçidir.

Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyində Lamiyə Həmzəyeva ikinci katibdir.

Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyində Selcan Verdiyeva ikinci katibdir.

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyində Ülviyə İsgəndərli ikinci katib, Gülar Salmanlı isə Maliyyə məsələləri üzrə attaşedir.

Azərbaycanın Rumıniyadakı Səfirliyində Nərminə Süleymanova Attaşedir.

Moskvada yerləşən Rusiya Federasiyasındakı Səfirliyimizdə Sevda Paşayeva və Təhminə Yolçuyeva birinci, Səmayə Abbasova üçün katib, Lalə İsmayılova isə Atteşedir.

Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğunda Cəlilova Gültəkin Sahib qızı Konsul, Məmmədova Gülnarə Daşdəmir qızı isə Maliyyə attaşesidir.

Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı Səfirliyində Farxanda Rzayeva Daimi Nümayəndədir.

Azərbaycanın qardaş ölkə Türkiyədəki Səfirliyində 3 qadın diplomat çalışır. Nəcibə Nəsibova birinci katib, Nazlı Hacızadə Attaşe, Elnarə İsmayılzadə isə Məsləhətçidir.

Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğunda Heydərova Arzu Bəşir qızı Konsul, Seyidəliyeva Leyla Əli qızı isə Vitse Konsuldur.

Günay Elşadqızı \ METBUAT.AZ

Səudiyyə Ərəbistanından - Bərzaniyə çağırış - OXUMAQ ÜÇÜN TIKLA


metbuat.az.