Səudiyyə Ərəbistanı İraq Kürdüstanının lideri Məsud Bərzaniyə çağırış edib.
Metbuat.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanının körfəz üzrə naziri Samir Sebhan referendum böhranı ilə bağlı Tvitter hesabından açıqlama paylaşıb. O, İraq Kürdüstanının lideri Məsud Bərzanini referendum böhranının həll edilməsi üçün vasitəçilərin təkliflərini dəyərləndirməyə çağırıb.
Qeyd edək ki, Səudiyyəli nazir 3 gün əvvəl Ərbildə Məsud Bərzani ilə görüşmüşdü.
Günay Elşadqızı \ METBUAT.AZ
İlham Əliyev bu gün BMT Baş Assambleyasında çıxış edəcək - OXUMAQ ÜÇÜN TIKLA |