METBUAT.AZ

Siyasət

Kürdüstan və Kotoloniya müstəqillik qazana bilər?

15 Sentyabr 2017 16:22

İraq Kürdüstanı sentyabrın 25-də müstəqillik üçün referendum keçirəcək. İraq hakimiyyəti, Türkiyə və digər dövlətlər bunun əleyhinə olsa da İraq Kürdüstanının lideri Məsud Bərzani referendumda israrlıdır. Yaxın Şərqdən əlavə Avropa ölkəsi olan İspaniyada da referendum keçirilməsi gözlənilir. Kotoloniya oktyabrın 1-də referendum keçirərək müstəqilliyini elan etmək niyyətindədir.

Bəs referendumlar keçirilərsə və böyük əksəriyyət müstəqilliyə səs verərsə, sonrakı aqibət necə olacaq? Məsələ ilə bağlı politoloq Elxan Şahinoğlu metbuat.az-a açıqlama verib:

“Bir çox ölkə Şimali İraqda keçiriləcək referendumun əleyhinədir. Türkiyə və İran də buna qarşı çıxır. Amerika da referendumun təxirə salınmasını istəyir. Yeganə dövlət İsraildir ki, referendumu dəstəkləyir, çünki kürdlərin timsalında özünə müttəfiq görür. Amma hər halda referendum keçiriləcək və İraqın şimalında müstəqil dövlət yaranacaq. Amma bu o demək deyil ki, Kürdüstan yaradılsa, dərhal böyük dövlətlər, o cümlədən Türkiyə və İran onu tanıyacaq. Düzdür, həm Türkiyənin, həm də İranın İraq Kürdüstanının rəhbəri Məsud Bərzani ilə normal münasibətləri var. Türkiyənin Ərbil şəhərində böyük yatırımları var. Amma yenə də ola bilsin müstəqillik referendumundan sonra vəziyyət bir qədər gərginləşsin. Düzdür, müharibənin olacağını istisna edirəm. Amma uzun müddət yəqin ki, onların müstəqilliyi tanınmayacaq.

Kotoloniyaya gəldikdə isə, İspaniyanın mərkəzi hakimiyyəti bu referendumun əleyhinə çıxır. Amma çox güman ki, Kotoloniya da buna baxmayaraq, referendumu keçirəcək. Güman edirəm ki, böyük əksəriyyət müstəqilliyə səs verəcəklər. İspaniya hökuməti yəqin ki, belə bir şey olarsa, buna etiraz edəcək və Konstitusiya məhkəməsinə müraciət edəcək. Ona görə bu məsələ də illər boyu gərginlik içində qalacaq. Ispaniya Avropa İttifaqının üzvüdür, amma bu o demək deyil ki, Kataloniya müstəqillik qazansa o da avtomatik Aİ-nin üzvü olacaq.

Məni daha çox maraqlandıran Avropa İttifaqının, Brüsselin və bu ittifaqa daxil olan ölkələrin Kataloniya referendumuna olan münasibətidir. Yəni, bu ölkələr Kotoloniyanın müstəqilliyini tanıyacaqlarmı? Kosovo müstəqilliyini elan edəndə bir çox Avropa dövləti, Amerika, elə Türkiyə də onların müstəqilliyini tanıdı. Yəni eyni hal Kürdüstan və Kotoloniya üçün də olacaqmı? Kürdüstan müstəqillik qazansa aydındır ki, ilk tanıyan ölkələrdən biri İsrail olacaq. İllər keçdikcə yəqin ki, bu müstəqilliyi başqa ölkələr də tanıyacaq. Eynilə Kotoloniyada da ola bilsin bir az gərginlik olsun, məsələ məhkəməyə gedib çıxsın, amma orada da bir müddət keçəndən sonra yəqin ki, bir çox dövlət tərəfindən tanınacaq”.

Günay Elşadqızı \ METBUAT.AZ

Şimali Koreyanın arxasında hansı güc var? - Müharibə olacaqmı? - OXUMAQ ÜÇÜN TIKLA


metbuat.az.