Şimali Koreyanın arxasında hansı güc var? - Müharibə olacaqmı?

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Şimali Koreya növbəti raket sınağı keçirib. Yaponiyanın Hokkaydo adasının üstündən keçərək Sakit okeana düşən raket 770 km yüksəklidə 3700 km məsafə qət edib.

Məsələ ilə bağlı açıqlama verən ABŞ-ın dövlət katibi Reks Tillerson bu cür təxribatlar Şimali Koreyanın diplomatik və iqtisadi cəhəddən təcrid olunmağına, təklənməsinə səbəb olur. O, eyni zamanda bütün ölkələri Şimali Koreya rejiminə qarşı yeni addımlar atmağa çağırıb.

Ancaq görünən budur ki, nə qədər təhdidlər olsa da, Şimali Koreya öz fikrini dəyişmir və davamlı olaraq raket sınaqları keçirir. Sual yaranır, Şimali Koreyanı bu addımı atmağa nə vad edir və arxasında hansı güc dayanır?

Məsələ ilə bağlı metbuat.az-a açıqlama verən politoloq Arzu Nağıyevin sözlərinə görə, bu məsələdə çox maraqlı məqamlar var:


“Təsəvvür edin, Rusiya Belarusda “Qərb” adlı hərbi təlimlərə başlayanda Şimali Koreya da yenidən öz raket sınağını həyata keçirir. Baxmayaraq ki, Qərb dövlətləri açıqlama verərək onların sərhədləri yaxınlığında keçirilən bu təlimin məqsədyönlü olduğunu bildirir. Lakin ruslar bunu qəbul etmir. Eyni zamanda Amerika Birləşmiş Ştatları da, NATO da bilir ki, Şimali Koreyanın nüvə sınaqlarının arxasında dayanan məhz Rusiyadır. Həm şimalda, həm cənubda, həm də dənizdə belə bir məqsədyönlü sınaqların, təlimlərin keçirilməsi düşünürəm ki, Rusiya ilə olan "soyuq müharibə"nin təzahürüdür. Nə qədər bəyənatlar verilsə də, problemlərin həll olunmağı ilə bağlı nə qədər addımlar atılsa da, bütün məsələlərin başında duran bu prinsiplərdir. Yəni, Rusiya-ABŞ qarşıdurmasında Şimali Koreya və onun keçirdiyi sınaqlar bir vasitə kimi istifadə olunur. Ətrafında ABŞ-ın, NATO-nun bazası olan Yaponiya, Cənubi Koreya və digər ölkələrin olduğu Şimali Koreya kimi nüvə silahları olan bir dövlətin olması Rusiya üçün müstəsna bir hal kimi qəbul edilir. Bu proseslər də ona görə başlayır.

- Hər dəfə Şimali Koreya raket sınağı keçirəndən sonra müharibə olacağı ilə bağlı xəbərlər yayılır. Müharibənin başlanmağı nə qədər real görünür?

Müharibənin başlanması inandırıcı deyil. Bunu nə Cənubi Koreya, nə Yaponiya, nə də NATO istəyir. Çünki bu, elə-belə müharibə olmayacaq. Müharibə xəbərləri sadəcə qorxu, təhdid yaratmaq istəyidir. Eyni zamanda, ayın 19-dan başlayaraq 100-ə yaxın dövlət başçısının məhz Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 72-ci sessiyasında çıxışları gözlənilir. Şimali Koreya məsələsi də orada müzakirə olunacaq. Düşünürəm ki, burada da müəyyən məqamlar var.

Günay Elşadqızı \ METBUAT.AZ

İlk görüntülər gəldi: London metrosunda partlayış - FOTOLAR - OXUMAQ ÜÇÜN TIKLA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı