​“SOCAR PETROLEUM”-dan bilinənlər və bilinməyənlər – FOTOLAR

Metbuat.az-da “X Paraqraf” layihəsində növbəti reportajımız “SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətindən oldu.

“SOCAR PETROLEUM” QSC 21 yanvar 2008-ci ildə təsis edilib və “SOCAR” brendi ilə kommersiya fəaliyyətinə başlayıb.

“SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Üzeyir Həbibbəyli Metbuat.az-a açıqlamasında bildirib ki, “SOCAR PETROLEUM” ölkə ərazisində neft və neft məhsullarının topdan və pərakəndə satışını həyata keçirir:

“Xidmət sahəmizə 11 neft terminal bazası daxildir. Onlardan biri Bakıda, digərləri isə bölgələrdə yerləşir. Yanacaqdoldurma şəbəkəmizə gəldikdə isə qeyd edim ki, şəbəkəyə 29 yanacaqdoldurma məntəqəsi daxildir. Onlardan 7-də sıxılmış təbii qaz satışı həyata keçirilir. Hazırda olduğumuz yanacaqdoldurma məntəqəsi Babək prospektində yerləşən 14 saylı yanacaqdoldurma məntəqəsidir”.

Ü.Həbibbəyli deyir ki, günün pik saatlarında bu yanacaqdoldurma məntəqəsinə 1500-2000 avtomobil daxil olur:

“Satışını həyata keçirdiyimiz yanacaq növləri Super, Premium, hansı ki, bunlar xaricdə istehsal olunur və yerli istehsal yanacaq növlərimizdən A92 və dizel, LPG, CNG yanacaq növləridir. Bu yanacaq növlərinin keyfiyyət-kəmiyyət göstəricilərinə dövlət qurumları tərəfindən nəzarət olunur və daimi yoxlanılır. Beləliklə yanacaq məhsullarına səlahiyyətli dövlət qurumları tərəfindən daimi nəzarət olunur.

Sadaladığım yanacaq növləri hər ay akkreditasiyadan keçmiş laboratoriyalarda yoxlanılır və nəticələrlə bağlı bizə sınaq protokolları təqdim olunur. Eyni zamanda bizim daxili yoxlama üçün ölçmə cihazlarımız var. Hansı ki, müştəri yaxınlaşıb şikayət edərsə, “mənim yanacağın keyfiyyəti ilə bağlı şübhəm var” və ya başqa bir iddiası varsa, biz dərhal yerində yanacağın keyfiyyəti ilə bağlı yoxlama aparırıq. Kəmiyyətlə bağlı da şikayəti varsa, anındaca bizim xüsusi ölçü cihazımız var, nümunə ölçü qabı ilə yanacağın kəmiyyət göstəricisini yoxlayıb müştəriyə göstərə bilirik. Ölkəmizdə ictimai nəqliyyat vasitələri, xüsusilə də taksi xidməti göstərən avtomobillər daha çox olduğu üçün yerli istehsal olunan yanacaq növlərinə daha çox tələb var. Bunlar da dizel və A92, LPG, CNG markalı yanacaqlardır”.


“SOCAR PETROLEUM”-un metrologiya və informasiya texnologiyaları şöbəsinın metroloqu Ədalət Hüseynov isə deyir ki,müştərilərdən şikayət olanda burada oktan ədədini, yanacağın sıxlıq əmsalını, kəmiyyətinioperativ şəkildə müasir cihazlarımız vasitəsilə yoxlayırıq: “Oktan ədədi avtomobil benzini yanacaq növündən asılı olaraq 92, 95 və 98 ola bilər. Oktan ədədi, həmin avtomobil benzininin detonasiya davamlılığını göstərir. Bu göstərici hər bir avtomobil benzini növündə fərqlənə bilər. Oktan ədədinin çoxluğu həmin yanacağın keyfiyyətinin çox olması deməkdir. Avtomobil benzinindən başqa digər karbohidrogen məhsulları və yanacaq növləri üçün də oktan ədədi keyfiyyət göstəricisi olaraq vacibdir. Məsələn, LPG üçün oktan ədədi 100, CNG üçün 110 olaraq qəbul edilir. Yanacağın oktan ədədi müvafiq keyfiyyət standartlarında göstərilmiş göstəricidən az olmamalıdır. Oktan ədədinin təyin edilməsi üçün tədqiqat üsulu və motor üsulu ilə aparıla bilər”.

Ə.Hüseynovun sözlərinə görə, dizel yanacağının əsas keyfiyyət göstəricilərindən biri setan ədədi hesab olunur: “Onun setan ədədi və donma temperaturu önəmlidir. Donma temperaturu yanacağın özünün temperaturu ilə düz mütənasibdir. Bir də yanacağın sıxlığı da önəmlidir. Bu gün bizim dizelimiz Avro-4 standartlarının üzərindədir, yəni konkret Avro-5 standartına yaxındır.Biz son zamanlar davamlı olaraq yanacağın keyfiyyəti ilə bağlı monitorinqlər aparırıq.

Bunu da qeyd edim ki, yanacaqdoldurma məntəqəsində yanacağın qəbulu və satışı zamanı filterlərdən istifadə olunur. Filterlər yanacağın tərkibində olan bütün mümkün mexaniki çöküntüləri saxlayır. Yanacaqpaylama kolonkalarında filtr süzgəclərin ölçüsü 20-40 mikron olur.


Biz “SOCAR PETROLEUM”un yanacaqdoldurma məntəqəsində olan zaman Ədalət Hüseynov cihaz vasitəsilə yenidən yanacağın keyfiyyətini yoxladı: “Biz hazırda A92 yanacağının 14 dərəcə selsidə oktan ədədini ölçürük. Çənlərimiz yerin altında yerləşir. Bu isəqış və yay mövsümlərində sutkanın saatından asılı olmayaraq yanacaq temperaturunun stabil qalmasına şərait yaradır. Hazırda yoxladığımız nümunədə A92 yanacağı üçün oktan ədədi 92,3 göstərir”.

Bu isə yanacağın sıxlığıdır.


Bu etalon qabıdır, 1 litr yanacaq doldurmuşuq, gördüyünüz kimi tam litrə uyğundur.

Ədalət Hüseynov deyir ki, dizel yanacağında əsas keyfiyyət göstəricilərindən biri setan ədədi hesab olunur: “Dizeldə setanın norması 46-51-dir, bizdə isə 53 setan ədədidir, -24 onun donma dərəcəsinin göstəricisidir. Sıxlıq isə 830-880 kq/sm3-dir arası dəyişilə bilər, biz yoxlayanda gördüyünüz kimi 850 kq/sm3 oldu”.

Metroloq deyir ki, dizel və benzin məhsullarının daşınması üçün avtosisternlər təsdiq olunmuş əmrlə bölünüb: “Yəni dizel daşıyan avtosistern heç vaxt benzin yanacağı qəbul etmir. Bu, birmənalı şəkildə tətbiq olunur. Bu həm yanacağın keyfiyyəti, həm də təhlükəsizlik baxımından vacibdir.

Bu isə filtrdir, içərisində də süzgəc. Filtrdən keçən yanacaq yerin altındakı çənlərə doldurulur. Çənlərdən yanacaq nasos vasitəsilə yanacaqpaylama kolonkalarına gəlir. Yanacaqpaylama kolonkalarının özündə də filtr var. Bu filtr süzgəcininölçüsü 60 mikrondan aşağıdır”.


Üzeyir Həbibbəyli eyni zamanda “SOCAR PETROLEUM”-un əməkdaşları ilə bağlı da məlumat verdi. Onun sözlərinə görə, “SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətinin strukturunda təxminən 2000-ə yaxın işçi çalışır: “Bölgələrdə fəaliyyət göstərən məntəqələrimizdə xüsusilə yerli sakinlərin işə götürülməyinə üstünlük verilir ki, bununla da yeni iş yerlərinin açılması və regionlarda sosial inkişafın artırılmasına öz töhfəmizi vermiş oluruq”.


Hazırda olduğumuz 14 saylı yanacaqdoldurma məntəqəsində isə 47 nəfər çalışır. Onlar növbəli iş rejimində çalışırlar. İşçilər qida ilə, geyimlə təmin olunurlar. Əməkdaşlar yanacaqla işlədikləri üçün onlara ağartı məhsulları verilir ki, qəbul etdikləri zərərli hava bədənlərindən təmizlənsin, sağlamlıqlarına ziyan olmasın. Ağartı məhsullarından, xüsusilə də süddən isə mütəmadi istifadə edə bilirlər. İşçilərəistirahət vaxtı verilir. Onlar hər yarım saatdan bir mətbəxə keçirlər 10 dəqiqə istirahət edirlər, çay, su içirlər. Sonra da qayıdıb növbəni davam etdirirlər. Saat 13-14:00 arası nahardır, mərhələli şəkildə yeməkxanaya keçib yeyirlər”.

Operator Ümid Salehov 6 ilə yaxındır ki, “SOCARPETROLEUM”-da çalışır. Deyir ki, işimi çox sevirəm: “Həm burada göstərilən münasibət, həm müştərilərin razılığı sevindiricidir. Heç bir müştəri ilə problemimiz olmayıb, hamı razılıqla gedib. Hər hansı anlaşılmazlıq olsa, yoxlanılır və həll olunur. Hər bir halda sonda müştərilər buradan xoş münasibətlə ayrılırlar”.

Reportajda olduğumuz zaman “SOCAR PETROLEUM”un yanacaqdoldurma məntəqəsinə müraciət edən müştərilərdən də fikirlərini öyrəndik.

Müştəri İsa Baxşəliyev və Alim Əhmədov deyir ki, buranın yanacağının keyfiyyətindən razıdılar: “Yaxşı, keyfiyyətli benzinləri var, ona görə mütəmadi olaraq istifadə edirik”.

Günay Elşadqızı / METBUAT.AZ

FOTO: İdrak Mustafayev


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı