Sabah saat 11:00-da qaz kəsiləcək - Bu ərazilərdə

Sabah Bərdə şəhərinin bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, aprelin 15-də saat 11:00-da Bərdənin Koroğlu küçəsindən Gəncə küçəsinə qədər təmir işlər aparılacaq. Tərtər Regional Qaz İstismar İdarəsinin Bərdə xidmət sahəsində xidməti ərazisində yerləşən "Bərdə" qazpaylayıcı stansiyasından qidalanan adıçəkilən küçələrdə yeni qeyri-əhali abonentinə məxsus qaz xəttinin şəbəkəyə qoşulması məqsədilə daxildən dayandırılması nəzərdə tutulub. Təmir yekunlaşanadək qaz təminatının dayandırılması planlaşdırılıb.

Qaz təchizatının dayanması ilə əlaqədar 880 abonentin qaz təchizatında fasilə yaranacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı