"Qalatasaray" futbolçusu Lukas Torreyra ilə müqavilə müddətini uzadıb.

Metbuat.az xəbər verir ki, İstanbul klubu bununla bağlı Türkiyə Futbol Federasiyasına bildiriş göndərib. Uruqvaylı yarımmüdafiəçinin yeni sözləşməsi 2028-ci ilin sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, 2022-ci ildən "Qalatasaray"da çıxış edən Torreyra bu müddət ərzində 123 oyun keçirib və 4 dəfə fərqlənib.