Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində almaniyalı həmkarı İohann Vadeful ilə dörd il yarım ərzində ilk dəfə görüşüb.

Metbuat.az xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Nyu-Yorkdan yayımlanan kadrlarda diplomatların görüşməsi və əl sıxması əks olunub.

Agentlik qeyd edir ki, Lavrov Almaniyanın xarici işlər naziri ilə sonuncu dəfə 2022-ci il yanvarın 18-də görüşmüşdü.

Həmin vaxt Almaniya Xarici İşlər Nazirliyinə Annalena Berbok rəhbərlik edirdi.