Media və Yayım Şurasının rəhbərliyi və kollektivi Anım Günü ilə əlaqədar Zəfər Parkını ziyarət edib.

Metbuat.az xəbər verir ki, şura rəhbərliyi və kollektivi 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Zəfər abidəsinin önünə gül dəstələri qoyulub.