Göyçay şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün axşam saat 19:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunda rayonun Natəvan küçəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Howo" markalı yük avtomobili "Honda" markalı minik maşını ilə toqquşub. İlkin məlumata görə, hadisə nəticəsində "Honda" markalı maşının sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı araşdırma aparılır.