Rusiyanın Kemerovo vilayətində An-12 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində 19 nəfər həlak olub.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəza planlı uçuş zamanı baş verib. Təyyarə yaşayış olmayan əraziyə düşüb. Hadisə zamanı göyərtədə 6-sı ekipaj üzvü olmaqla, 19 nəfər olub.

Rusiya Müdafiə Nazirliyi qəzanın texniki nasazlıq səbəbindən baş verdiyini açıqlayıb.

Hazırda hadisə yerində Rusiya Aerokosmik Qüvvələrinin komissiyası araşdırma aparır.

19:21

Rusiyanın Kemerovo vilayətində An-12 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 17 nəfər həlak olub.

Metbuat.az xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, təyyarə havada olarkən qəfil alışıb. Bundan sonra hava gəmisi sürətlə aşağı enməyə başlayıb və yerə çırpıldıqdan sonra partlayıb.

Qeyd edək ki, ölənlərin sayı ilə bağlı məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Noyabrın 17-də Rusiyanın Baza nəşri də ölkənin Kemerovo vilayətində təyyarə qəzası baş verdiyini açıqlayıb. Vilayət qubernatoru İlya Seredyuk isə bölgədə aviasiya hadisəsinin baş verməsi ilə bağlı açıqlama yayıb.