Gələn il Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin üçtərəfli görüşü Gürcüstanda keçiriləcək.

Metbuat.az xəbər verir ki, bunu Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib.

Maka Boçorişvilinin sözlərinə görə, üç ölkə arasında bu formatda keçirilən görüşlər regional əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

O qeyd edib ki, Azərbaycan, Gürcüstan və Türkiyə onilliklər ərzində strateji tərəfdaşlıq əlaqələrini inkişaf etdirir və bu əməkdaşlıq region üçün xüsusi önəm daşıyır.

Nazir xatırladıb ki, bu il İstanbulda üçtərəfli formatda xarici işlər nazirlərinin görüşü keçirilib. Gələn il isə Gürcüstan tərəfi həmkarlarını ölkədə qəbul edərək regional əməkdaşlığın aktual məsələlərini müzakirə etməyi planlaşdırır.