Ağdaşda minik maşını yanaraq külə dönüb.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün Bakı-Qazax magistral yolunda rayonun Aşağı-Ləki kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 1974-cü il təvəllüdlü Ələkbərov Əlihüseyn Ələkbər oğluna məxsus "Ford Fusion" markalı minik avtomobili yanaraq yararsız vəziyyətə düşüb.
Hadisə yerinə dərhal FHN-nin Ağdaş Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvələri cəlb olunub. Baş vermiş yanğın söndürülüb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik dəqiq məlum deyil.
Faktla bağlı araşdırma aparılır.