Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu görmə qabiliyyəti ilə bağlı problemlər səbəbindən İsraildə beş ağır əməliyyat keçirib.

Metbuat.az xəbər verir ki, o, bu barədə “YouTube” platformasında yayımlanan “Sheinkin40” kanalına müsahibəsində danışıb.

Bakıda verdiyi müsahibədə sənətçi bildirib ki, ABŞ, Rusiya və digər ölkələrdə müayinələrdən keçsə də, müalicəsində ən böyük nəticəni İsrail səhiyyəsi sayəsində əldə edib.

“Mən orada 5 ağır əməliyyat keçirdim. Onlardan 4-ü Hayfada, 1-i isə Təl-Əvivdə baş tutub. Orada çox böyük diqqət və qayğı hiss edirdim. Onlar sayəsində bu gün sizin qarşınızdayam və sizi görürəm”, - deyə Polad Bülbüloğlu deyib.