ƏSA Teatrının “Aktyorluq laboratoriyası”nın üzvü Leyla Musayeva vəfat edib.
Metbuat.az xəbər verir ki, bu barədə ƏSA Teatrının sosial şəbəkə hesabında məlumat verilib.
Bildirilib ki, Leyla Musayeva uzun sürən xəstəlik nəticəsində dünyasını dəyişib.
Qeyd olunub ki, o, 2025-ci ilin sentyabr ayından teatrın kollektivinə qoşulub. Leyla Musayeva ƏSA Teatrının “Axtarış”, “Hamlet” və “Paris Notr-Dam” tamaşalarında səhnəyə çıxıb.
Teatrın kollektivi mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.
Allah rəhmət eləsin!