Noyabrın 10-da Almaniyada vəfat edən 83 yaşlı Əməkdar artist, bəstəkar Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək.
Metbuat.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Media, kommunikasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı məlumat yayıb.
O bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondu və Almaniya Azərbaycanlıları Alyansı mərhumun nəşinin Azərbaycana gətirilməsi ilə bağlı zəruri işləri həyata keçirir.
Qeyd edək ki, Arif Mirzəyev 10 aprel 1944-cü ildə Bakıda anadan olub. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq ixtisası üzrə Qara Qarayevin sinfində təhsil alıb. O, “Yanvar passion”, “Xocalı uşaqları üçün Layla”, “İ.S.Baxın xatirəsinə orqan simfoniyası” əsərlərinin müəllifidir. 2024-cü ildə 80 illik yubileyi və əvəzolunmaz xidmətlərinə görə Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub.