İş adamı Şəmsi Səmədzadə sosial şəbəkələrdə yayılan görüntülərinə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, o, Musavat.com-a açıqlamasında yayılan kadrlardakı görüntülərin yeni olmadığını, 2022-ci ildə çəkildiyini bildirib.

İş adamı açıqlamasında onu da vurğulayıb ki, hazırda MDB ölkələrindən birində şəxsi biznesi ilə məşğuldur.

Şəmsi Əsədzadə əsasən süd məhsullarının satışı və istehsalını həyata keçirir.

Xatırladaq ki, sosial şəbəkələrdə yayılmış kadrlarda Şəmsi Səmədzadə açıq ərazidə, istehsalat və təsərrüfat tikililərinin yerləşdiyi məkanda ətrafındakı şəxslərlə söhbət edir və keçmişlə bağlı xatirələrini bölüşür.

Həmin videoda iş adamı tanıdığı insanlardan, o cümlədən 30 ilə yaxın müddətdə tanıdığı şəxslərdən və “Süleymanov” kimi xatırladığı tanışından danışır. O, həmçinin Azərbaycanda şərabçılıq sahəsinin tanınmış simalarından birini xatırlayaraq onun artıq dünyasını dəyişdiyini, lakin böyük mütəxəssis olduğunu qeyd edir.