Türkiyənin hakim koalisiyasında Prezident Rəcəb Tayyib Ərdoğanın 2028-ci ildə keçiriləcək prezident seçkilərində yenidən namizədliyini irəli sürməsi ilə bağlı razılıq əldə olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz açıqlama verib.

Onun sözlərinə görə, hakim alyans daxilində Ərdoğanın növbəti prezident seçkilərində namizəd kimi iştirak etməsi ilə bağlı konsensus formalaşıb.

C.Yılmaz bildirib ki, prezident seçkiləri 2028-ci ildə keçiriləcək. Lakin səsvermənin dəqiq tarixi barədə danışmaq hələ tezdir.

Qeyd edək ki, 72 yaşlı Rəcəb Tayyib Ərdoğan 2014-cü ildən Türkiyənin prezidentidir. Bundan əvvəl isə ölkənin baş naziri vəzifəsində çalışıb.