"Şamaxı-Ağsu sərhədində baş verən 4,3 maqnitudalı zəlzələdən sonra afterşoklar ola bilər".
Metbuat.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli bildirib.
O qeyd edib ki, afterşoklar ola bilər, ancaq daha güclü bir zəlzələ gözlənilmir.
20.51
Zəlzələnin Tədqiqatı Bürosunun məlumatına əsasən, noyabrın 26-da yerli vaxtla saat 20:24-də Şamaxı-Ağsu sərhədində 4,3 maqnitudalı zəlzələ qeydə alınıb.
Metbuat.az xəbər verir ki, zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib.
Məlumata görə, zəlzələ hiss olunub.