Uşaqlar və yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulan məhsulların təhlükəsizliyinə dair texniki reqlament layihəsi aidiyyəti qurumlarla razılaşdırılır.

Metbuat.az xəbər verir ki, bunu Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev bildirib.

"Həssas sahəni əhatə edən sənəd yaxın günlərdə təsdiq məqsədilə Nazirlər Kabinetinə təqdim olunacaq".