Bakı şəhərində və Füzuli rayonunda keçmiş məcburi köçkünlər üçün inşa edilmiş yaşayış məntəqələrində fərdi ev və mənzillərin təmiri planlaşdırılır.
Metbuat.az xəbər verir ki, təmir işləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən həyata keçiriləcək.
Layihənin ehtimal olunan dəyəri 339 min manatdır. İşlər çərçivəsində yaşayış sahələrində yaranmış nasazlıqların aradan qaldırılması və mənzillərin texniki vəziyyətinin yaxşılaşdırılması nəzərdə tutulur.