Türkiyənin “Qalatasaray” klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində İngiltərə təmsilçisi “Aston Villa”nı məğlub edib.
Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi V tur çərçivəsində doğma meydanda keçirilən qarşılaşmada rəqibini 1:0 hesabı ilə üstələyib.
“RAMS Park” stadionunda baş tutan görüşün taleyini bir qol həll edib. “Qalatasaray”ın heyətində Deniz Gül 77-ci dəqiqədə fərqlənərək komandasına qələbə qazandırıb.
Beləliklə, Okan Burukun rəhbərlik etdiyi komanda Çempionlar Liqasının Liqa mərhələsində daha 3 xal əldə edib.