Azərbaycan Mərkəzi Bankı maliyyə sektoru ilə birlikdə süni intellektin tətbiqi və idarə olunması üzrə metodoloji tövsiyələr hazırlayır.

Metbuat.az xəbər verir ki, bunu AMB-nin Data Science şöbəsinin rəhbəri Ramin Dərvişov X Beynəlxalq Bankçılıq Forumunda bildirib.

Onun sözlərinə görə, ilkin mərhələdə tövsiyə xarakteri daşıyacaq sənədlər gələcəkdə məcburi qaydalara çevrilə bilər. Tələblər maliyyə təşkilatlarının ölçüsünə deyil, süni intellekt tətbiqlərinin risk səviyyəsinə uyğun müəyyən ediləcək.

Dərvişov qeyd edib ki, Mərkəzi Bank innovasiyaların inkişafını dəstəkləməklə yanaşı, mümkün risklərin idarə olunması arasında tarazlığı qorumağı hədəfləyir.