Seneqal 2025-ci il Afrika Millətlər Kubokunun qalibi elan olunub.

Metbuat.az xəbər verir ki, İdman Arbitraj Məhkəməsi (CAS) turnirin finalı ilə bağlı qərarını açıqlayaraq çempionluğun Seneqala məxsus olduğunu təsdiqləyib.

Qeyd edək ki, Seneqal millisi Mərakeşlə keçirdiyi final qarşılaşmasında əlavə vaxtda 1:0 hesablı qələbə qazanmışdı. Lakin matç zamanı hakim tərəfindən Mərakeşin lehinə penalti təyin olunmasına etiraz edən Seneqal futbolçuları meydanı tərk etmiş, bir müddət sonra geri qayıtmışdılar.

Görüşün başa çatmasından sonra Afrika Futbol Konfederasiyasının (CAF) Apellyasiya Şurası Seneqalı texniki məğlub elan edərək Mərakeşə 3:0 hesablı qələbə vermişdi. Bununla da çempionluq kuboku Mərakeş millisinə təqdim edilmişdi. Seneqal Futbol Federasiyası isə qərardan narazı qalaraq CAS-a müraciət etmişdi.

CAS şikayəti təmin edərək CAF-ın Apellyasiya Şurasının qərarını ləğv edib və əvvəlki nəticəni bərpa edib.