“Sabah” UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turunda “Barselona” ilə qarşılaşma öncəsi hazırlığını başa vurub.

Metbuat.az xəbər verir ki, Masazır təmsilçisi son məşqini Bakı Olimpiya Stadionunda azarkeşlərin iştirakı ilə keçirib.

“Sabah” – “Barselona” matçı sabah Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 21:45-də başlayacaq.