“Fənərbaxça” qış transfer pəncərəsində müdafiə xəttini gücləndirmək üçün “Arsenal”ın futbolçusu Kristian Moskeranı transfer etmək istəyir.

Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisinin 22 yaşlı ispaniyalı müdafiəçini heyətinə qatmaq üçün qış fasiləsində İngiltərə klubu ilə danışıqlara başlamağı planlaşdırdığı irəli sürülür. “TeamTalk”ın məlumatına görə, Moskeranın xidmətində yalnız “Fənərbaxça” maraqlı deyil. İtaliyanın “İnter”, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və “Əl-Hilal” klubları da futbolçunu transfer etmək istəyir.

Qeyd edək ki, Kristian Moskeranın “Arsenal”la müqaviləsi 2030-cu ildə yekunlaşır. London təmsilçisi onu 2025-ci ildə “Valensiya”dan 15 milyon avro qarşılığında transfer edib. İspaniyalı müdafiəçi cari mövsümdə İngiltərə klubunun heyətində 5 oyunda meydana çıxaraq 377 dəqiqə vaxt alıb.