“OpenAI” şirkətinin baş alimi Yakub Paçokki süni intellekt modellərinin yaratdığı risklərə qarşı ortaq məhdudiyyətlər müəyyənləşdirməyi təklif edib.

Metbuat.az xəbər verir ki, o, şirkətlərin süni intellektin imkanlarını qiymətləndirmək üçün vahid meyardan istifadə etməsini irəli sürüb. Elm adamı bunun üçün “perplexity” göstəricisini təklif edib. Məlumata görə, “OpenAI”nin baş direktoru Sem Altman da təşəbbüsü dəstəkləyib.Paçokki bloq yazısında bildirib ki, tərtibatçılar təhlükəsizlik imkanları təkmilləşənədək müəyyən edilmiş hədləri aşmamalıdırlar. Onun sözlərinə görə, “perplexity” modelin növbəti məlumat vahidini proqnozlaşdırmaq qabiliyyətini ölçür. Göstəricinin aşağı olması daha dəqiq proqnoz deməkdir.

Paçokki süni intellekt sahəsində köklü dəyişikliklərin 2027-ci ildən başlaya biləcəyini vurğulayıb. O, yeni təhlükəsizlik mexanizmləri tətbiq edilənədək razılaşdırılmış məhdudiyyətlərə əməl olunmasını vacib sayıb.