Cənubi Sudan prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Tut Qatluak Manime ilə Rusiyanın Juba şəhərindəki səfiri Aleksandr Kosmodemyanskinin görüşünə aid foto sosial mediada müzakirələrə səbəb olub.

Metbuat.az xəbər verir ki, görüşə dair yayılan görüntülərin birində Manimenin fiziki görünüşünün müdaxilə ilə dəyişdirildiyi üzə çıxıb. Məlumata görə, diplomatik görüşə aid foto müxtəlif variantlarda sosial mediada paylaşılıb. Onlardan birində müşavirin bədən quruluşunun orijinal görüntüdən xeyli fərqli olduğu diqqət çəkib. Bildirilir ki, foto süni intellekt və ya digər rəqəmsal vasitələrlə redaktə edilib. Məsələni araşdıran sosial şmedia istifadəçiləri Rusiyanın diplomatik nümayəndəliyi və Xarici İşlər Nazirliyi tərəfindən yayımlanan ilkin fotonu aşkar ediblər.

Rəsmi görüntü ilə sosial mediada yayılan variantın müqayisəsi Manimenin xarici görünüşünə müdaxilə edildiyini təsdiqləyib. Foto ətrafında yaranan müzakirələrlə yanaşı, görüşün məzmunu barədə də iddialar səsləndirilib. Sosial media paylaşımlarında danışıqların Cənubi Sudandakı aclıq və ərzaq təhlükəsizliyi problemləri ilə əlaqəli olduğu vurğulanıb.