"Sabah"ın futbolçusu Eyden Makkartinin UEFA Çempionlar Liqasındakı cəzası müəyyənləşib.
Metbuat.az xəbər verir ki, UEFA "Vikinq"lə oyunda birbaşa qırmızı vərəqə alan cənubi afrikalı müdafiəçini iki oyunluq cəzalandırıb.
Bu səbəbdən 23 yaşlı futbolçu noyabrın 25-də "Barselona", dekabrın 8-də "Vilyarreal"la qarşılaşmalarda komandasına kömək edə bilməyəcək.
Makkarti "Vikinq"lə matçın 77-ci dəqiqəsində rəqib futbolçu Peter Kristiansenə qarşı kobud qayda pozuntusuna görə meydandan qovulub.